Yuxarı

Salyanda yol qəzasında xəsarət alan şəxsi xəstəxanaya aparan maşın qəza törədib, iki nəfər ölüb - YENİLƏNİB - TƏFƏRRÜAT

Salyanda yol qəzasında xəsarət alan şəxsi xəstəxanaya aparan maşın qəza törədib, iki nəfər ölüb - YENİLƏNİB - TƏFƏRRÜAT
İki nəfərin ölümü ilə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib
© Report

Salyan. 31 avqust. REPORT.AZ/ Salyan rayonunda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, hadisə nəticəsində “VAZ-2107”nin sürücüsü, rayonun Həsənli kənd sakini, 1984-cü il təvəllüdlü Vəliyev Samil Ələşrəf oğlu ölüb, maşında olan sərnişin, rayonun Qardili kənd sakini 1958-ci il təvəllüdlü Şikarov İbad Bayramoğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yaralanan şəxsi xəstəxanaya aparan “Mercedes” markalı avtomobil rayonun Tale Davudzadə küçəsində (köhnə bazar) işıq dirəyinə çırpılıb, hadisə nəticəsində sürücü xəsarət alıb. Yaralı isə başqa maşınla Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin xəstəxanaya çatarkən onun da öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.


***08:51

Salyan. 31 avqust. REPORT.AZ/ Salyan rayonunda iki nəfərin ölümü ilə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə rayonun Yenikənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin ərazidə hərəkətdə olan “VAZ-2107” markalı 50-CC-042 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə “Ford” markalı avtomobil toqquşub.

Nəticədə 1 nəfər hadisə yerində, 1-i isə yaralı vəziyyətdə xəstəxanaya aparılarkən yolda ölüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi