Salyanda yol qəzasında xarici ölkə vətəndaşı olmaqla, iki nəfər xəsarət alıb

Salyanda yol qəzasında xarici ölkə vətəndaşı olmaqla, iki nəfər xəsarət alıb Salyanda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
156
6 Sentyabr , 2021 23:33
Salyanda yol qəzasında xarici ölkə vətəndaşı olmaqla, iki nəfər xəsarət alıb

Salyanda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında Çuxanlı kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan TIR yük maşını qarşıda gedən “Zil” markalı maşınına çırpılıb. Nəticədə "Zil" idarəetmədən çıxaraq, yolun kənarına aşıb. Hadisə zamanı biri İran vətəndaşı olmaqla, iki nəfər xəsarət alıb.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi