Salyanda yol qəzasında iki nəfər ağır xəsarət alıb - YENİLƏNİB

Salyanda yol qəzasında iki nəfər ağır xəsarət alıb - YENİLƏNİB Salyan. 9 iyul. REPORT.AZ/ Salyan rayonunda iki nəfərin ağır bədən xəsarətləri alması ilə nəticələnən yol qəzasında yaralanan şəxslərin adları məlum olub.
Hadisə
9 İyul , 2018 10:04
Salyanda yol qəzasında iki nəfər ağır xəsarət alıb - YENİLƏNİB

Salyan. 9 iyul. REPORT.AZ/ Salyan rayonunda iki nəfərin ağır bədən xəsarətləri alması ilə nəticələnən yol qəzasında yaralanan şəxslərin adları məlum olub. 

“Report”un Aran bürosu xəbər verir ki, Kürsəngi kəndi ərazisindən keçən hissəsində baş verən qəzada rayon sakinləri, 1965-ci il təvəllüdlü Tağıyev Vasif İbadulla oğlu və 1971-ci il təvəllüdlü Səfərov Məmməd Sabir oğlu xəsarət alıblar.

Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırmalar davam etdirilir.


*** 08:31

Salyan. 9 iyul. REPORT,AZ/ Salyanda iki nəfərin ağır bədən xəsarətlər alması ilə nəticələnən yol qəzası baş verib. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Kürsəngi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

“Ford” markalı avtomobilin digər minik avtomobili ilə toqquşması nəticəsində 2 nəfər ağır bədən xəsarətləri alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi