Yuxarı
    Bağlamaq

    ​Salyanda yol qəzasında 14 yaşlı oğlan xəsarət alıb

    Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb

    Bakı. 20 iyun. REPORT.AZ/ Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. “Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun “Süd zavodu” deyilən ərazisində qeydə alınıb.

    Belə ki, Arbatan kənd sakini Elşad Əliyev idarə etdiyi “Jiquli” markalı avtimobillə hərəkətdə olarkən qarşıda dayanmış digər avtomobilə çırpılıb. Nəticədə sürücünün 14 yaşlı oğlu alın nahiyəsindən müxtəlif dərəcəli xəsarətlər alıb. 

    Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və ilk tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi