​Salyanda yol qəzasında 7 nəfər xəsarət alıb

​Salyanda yol qəzasında 7 nəfər xəsarət alıb Hadisə Ələt-Astara magistral yolunda qeydə alınıb
Hadisə
16 Avqust , 2016 00:01
​Salyanda yol qəzasında 7 nəfər xəsarət alıb

Salyan. 16 avqust. REPORT.AZ/ Salyanda 7 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Dayıkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Opel” markalı avtomobillə “BMW” markalı avtomaşın toqquşub. Nəticədə Masallı rayon sakinləri, 53 yaşlı Elvin Nəzir oğlu Ağayev, 27 yaşlı Xalid Həsənxan oğlu Həsənov, 29 yaşlı Pərvin Allahşükür oğlu Ağayev, 45 yaşlı İlqar Hilal oğlu Qurbanov, Biləsuvar sakinləri, 36 yaşlı Fərda Müzəffər oğlu İsgəndərov, 39 yaşlı Rəhmət Imamverdi oğlu İmanov və Bakı şəhər sakini, 53 yaşlı Hacı Əbdürrəhman oğlu Vəlixanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xəstəxanada onlara ilkin tibbi yardım göstərilib və Travmatologiya şöbəsində yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi