Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb - YENİLƏNİB - SİYAHI

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb - YENİLƏNİB - SİYAHI Salyan. 20 iyul. REPORT.AZ/ Salyanın Noxudlu kəndi ərazisindən keçən yeni Ələt-Astara yolunda qeydə alınan yol-nəqliyyat hadisəsində xəsarət alanların adları açıqlanıb.
Hadisə
20 İyul , 2018 08:06
Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb - YENİLƏNİB - SİYAHI

Salyan. 20 iyul. REPORT.AZ/ Salyanın Noxudlu kəndi ərazisindən keçən yeni Ələt-Astara yolunda qeydə alınan yol-nəqliyyat hadisəsində xəsarət alanların adları açıqlanıb. 

“Report”un Aran bürosu xəbər verir ki, onlar Cəlilabad sakini, 1990-cı il təvəllüdlü Səlimov Aləddin Camaləddin oğlu, Bakı sakini Məmmədov Vüqar Kamil oğlu, Neftçala sakini, 1976-cı il təvəllüdlü Babayev İltimas Qorxmaz oğlu, Bakı sakini, 1977-ci il təvəllüdlü Quliyev Səbuhi Ceyhun oğlu və Şirvan şəhər sakini Hüseynov Səbuhi Arif oğludur.


***08:06

Salyan. 20 iyul. REPORT.AZ/ Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Noxudlu kəndi ərazisindən keçən yeni Ələt-Astara yolunda qeydə alınıb. 

“Niva” markalı avtomobillə “KİA” markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi