Salyanda yol qəzasında 3 nəfər xəsarət alıb - YENİLƏNİB

Salyanda yol qəzasında 3 nəfər xəsarət alıb - YENİLƏNİB Salyan-Şirvan avtomobil yolunun Noxudlu kəndi ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
20 İyun , 2019 22:46
Salyanda yol qəzasında 3 nəfər xəsarət alıb - YENİLƏNİB

Salyan-Şirvan avtomobil yolunun Noxudlu kəndi ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, hadisə zamanı “Mercedes” markalı avtomobilin sürücüsü, rayonun Sarvan kənd sakini, 1993-cü il təvəllüdlü Əliyev Əmrah Füzuli oğlu və avtomobildə olan sərnişinlər - Cəlilabad rayonunun Göytəpə şəhər sakinləri, Bəhrəmov Kazım Qasımxan oğlu və onun oğlu Bəhrəmov Elvin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.


*** 21:39

Salyan rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Salyan-Şirvan avtomobil yolunun Noxudlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq qarşı tərəfdən gələn digər minik avtomobili ilə toqquşub. 

Zərbənin gücündən "Mercedes" deformasiyaya uğrayıb. Hadisə yerinə hüquq-mühafizəm orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

İlkin məlumatlara görə, hadisə zamanı 3 nəfər xəsarət alıb. Yaralılar "təcili yardım" maşınları ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Son xəbərlər

Orphus sistemi