Salyanda yol qəzasında 1 uşaq ölüb, 2 nəfər yaralanıb -YENİLƏNİB

Salyanda yol qəzasında 1 uşaq ölüb, 2 nəfər yaralanıb -YENİLƏNİB Salyan rayonunda 1 nəfərin ölümü, 2-nin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
155
10 Avqust , 2019 21:13
Salyanda yol qəzasında 1 uşaq ölüb, 2 nəfər yaralanıb -YENİLƏNİB

Salyan rayonunda 1 nəfərin ölümü, 2-nin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

"BMV" və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Bunlar Yardımlı rayon sakinləri - 1991-ci il təvəllüdlü Bağırova İntizar Ədalət qızı, 1990-cı il təvəllüdlü Yarıyev Coşqun İltifat oğlu və 2010-cu il təvəllüdlü Yarıyev Sadiq Coşqun oğludur.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq S.Yarıyevin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.



*** 19:59


Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Yol qəzası zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi