Salyanda yol qəzasında iki nəfər xəsarət alıb

Salyanda yol qəzasında iki nəfər xəsarət alıb Salyanda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.
Hadisə
17 iyul 2022 17:46
Salyanda yol qəzasında iki nəfər xəsarət alıb

Salyanda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin Təbriz Xəlilbəyli küçəsində qeydə alınıb. Belə ki, “Hyundai” markalı avtomobillə digər minik avtomobili toqquşub. Hadisə zamanı “Hyundai” hasara çırpılıb, digər avtomobil isə yolun kənarına aşıb.

Qəza nəticəsində iki nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi