Salyan rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
“Report”un Aran bürosu xəbər verir ki, “Ford” markalı avtomobilin digər minik avtomobili ilə toqquşması nəticəsində Cəlilabad rayon sakinləri - 1939-cu il təvəllüdlü Şirinova Şarıgül və 1993-cü il təvəllüdlü Feyziyeva Aida Zahir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Onların vəziyyətlərinin ağır olduğu bildirilir.
*** 16:28
Salyan rayonunda yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Salyan-Şirvan avtomobil yolunun Noxudlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.
Yaralılar “təcili yardım” avtomobili ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.