Salyanda yol qəzası olub, xəsarət alan var

Salyanda yol qəzası olub, xəsarət alan var Salyan. 10 mart. REPORT.AZ/ Salyan rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə
10 Mart , 2019 21:28
Salyanda yol qəzası olub, xəsarət alan var

Salyan. 10 mart. REPORT.AZ/ Salyan rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Çuxanlı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1997-ci il təvəllüdlü Novruzov Tacəddin Vilayət oğlu idarə etdiyi "Jiqulu" markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə maşın digər avtomobilə çırpılıb. T.Növruzov hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Salyanda piyada qadınların vurulması ilə nəticələnən yol qəzası baş verib.

Son xəbərlər

Orphus sistemi