Salyanda yol qəzası olub, iki nəfər xəsarət alıb

Salyanda yol qəzası olub, iki nəfər xəsarət alıb Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
18 Sentyabr , 2019 11:24
Salyanda yol qəzası olub, iki nəfər xəsarət alıb

Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Sarvan kəndi ərazisində qeydə alınıb.

“Qazel” markalı avtomobilin “VAZ-2107” markalı avtomobillə toqquşması nəticəsində rayon sakinləri 1991-ci il təvəllüdlü Səmədov Araz Mübariz oğlu və 1996-cı il təvəllüdlü Əhədov Cəlil Əhəd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi