Salyanda yol qəzası olub, ər-arvad xəsarət alıb - YENİLƏNİB

Salyanda yol qəzası olub, ər-arvad xəsarət alıb - YENİLƏNİB Salyan rayonunda baş verən yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
25 May , 2019 08:17
Salyanda yol qəzası olub, ər-arvad xəsarət alıb - YENİLƏNİB
Report

Salyan rayonunda baş verən yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Allahverdiyev Məhərrəm Kamil oğlu idarə etdiyi “VAZ-2106” markalı avtombillə hərəkətdə olarkən anidən idarəetməni itirib və maşın aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü və onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Allahverdiyeva Sarıtel Məhərrəm qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.


*** 07:02

Salyan rayonunda yol qəzası nəticəsində 2 nəfər xəsarət alıb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral yolunun 45-ci kilometrliyində qeydə alınıb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar “təcili yardım” avtomobilləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi