Salyanda yol qəzasında xəsarət alan 4 nəfərdən biri ölüb - YENİLƏNİB-2

Salyanda yol qəzasında xəsarət alan 4 nəfərdən biri ölüb - YENİLƏNİB-2 Salyan. 9 yanvar. REPORT.AZ/ Ötən gün Salyanda yol qəzasında xəsarət alanlardan biri ölüb.
Hadisə
521
9 Yanvar , 2019 09:15
Salyanda yol qəzasında xəsarət alan 4 nəfərdən biri ölüb - YENİLƏNİB-2

Salyan. 9 yanvar. REPORT.AZ/ Ötən gün Salyanda yol qəzasında xəsarət alanlardan biri ölüb.

“Report”un Aran bürosu xəbər verir ki, yol qəzası nəticəsində xəsarət alanlardan Neftçala rayon sakini, 1956-cı il təvəllüdlü Ağalarova Mirvari Mirəhməd qızı həkimlərin səyinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, ötən gün Ələt-Astara magistral yolunun 51-ci kilometrliyində “Mersedes” markalı avtomobilin yol kənarındakı beton maneəyə çırpılması nəticəsində 4 nəfər xəsarət almışdı.

Faktla bağlı araşdırma aparılır.


*** 18:16

Salyan. 8 yanvar. REPORT.AZ/ Salyan rayonunda yol qəzasında xəsarət alan şəxslərin adları məlum olub. 

“Report”un Aran bürosu xəbər verir ki, bunlar Neftçala rayon sakinləri - 1956-cı il təvəllüdlü Mircəfər Mircabbar oğlu Ağalarov, onun həyat yoldaşı, 1956-cı il təvəllüdlü Mirvari Mirəhməd qızı Ağalarova, 1967-ci il təvəllüdlü Gülqədəm Abduləli qızı Mirzəzadə və 1956-cı il təvəllüdlü Asudə Həsən qızı Cəfərovadır.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə yerinə baxış keçirilib. 


*** 17:37

Salyan rayonunda yol qəzası baş verib. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki “Mercedes” markalı avtomobil idarəetməni itirərək maneəyə çırpılıb, nəticədə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi