Salyanda avtomobil maneəyə çırpılıb, xəsarət alan var

Salyanda avtomobil maneəyə çırpılıb, xəsarət alan var Salyanda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
14 Oktyabr , 2019 22:31
Salyanda avtomobil maneəyə çırpılıb, xəsarət alan var

Salyanda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Noxudlu kəndi ərazisindən keçən Salyan-Şirvan avtomobil yolunda qeydə alınıb.

İlkin məlumata görə, Salyan şəhər Nazim Babayev küçəsində yaşayan, 1969-cu il təvəllüdlü Məlikov Aydın Əbülhəsən oğlu "Jiquli" markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı maneəyə çırpılıb.

Hadisə zamanı A.Məlikov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi