Yuxarı

Salyanda yol qəzasında bir nəfər xəsarət alıb

​Salyanda yol qəzası olub, 1 nəfər xəsarət alıb

Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Kürsəngi kənd ərazisində qeydə alınıb.

Belə ki, Şəkinin Aran kənd sakini, 1966-ci il təvəllüdlü Əhmədov Valeh Yasin oğlu idarə etdiyi minik avtomobilini saxlayıb. Maşından düşüb yolu keçmək istəyərkən digər avtomobil onu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi