Yuxarı

Salyanda yol qəzası baş verib, xəsarət alanlar var

Salyanda yol qəzası baş verib, xəsarət alanlar var

Salyan. 6 mart. REPORT.AZ/ Salyan rayonunda yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistral yolunun rayonun Sarvan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, “VAZ-21015” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində rayonun Şorsulu kənd sakinləri - 1993-cü il təvəllüdlü Tahir Cavid oğlu Manafov, 1992-ci il təvəllüdlü Asiman Taleh oğlu Hüseynov və Sarvan kənd sakini, 1970-ci il təvəllüdlü Raqil Nadir oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan ikisi Salyan Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, A.Hüseynov isə ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi