Salyanda sürücülük hüququ olmayan şəxs qəza törədib, xəsarət alan var

Salyanda sürücülük hüququ olmayan şəxs qəza törədib, xəsarət alan var Salyanda baş vermiş qəza nəticəsində 1 nəfər xəsarət alıb.
Hadisə
1116
3 Sentyabr , 2020 08:27
Salyanda sürücülük hüququ olmayan şəxs qəza törədib, xəsarət alan var

Salyanda baş vermiş qəza nəticəsində 1 nəfər xəsarət alıb.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə gecə saatlarında Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqaraqaşlı kəndindən keçən hissəsində qeydə alınıb.

Kənd sakini, 2003-cü il təvəllüdlü Əmənov Tariyel Yadigar oğlu “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib, nəticədə avtomobil yolun kənarına aşıb. Hadisə zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. T.Əmənov Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi