Salyanda avtomobil 56 yaşlı kişini vuraraq ağır xəsarət yetirib

Salyanda avtomobil 56 yaşlı kişini vuraraq ağır xəsarət yetirib Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
506
10 Sentyabr , 2020 22:37
Salyanda avtomobil 56 yaşlı kişini vuraraq ağır xəsarət yetirib

Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Yolüstü kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mitsubishi” markalı avtomobil yolu keçmək istəyən Şirvan şəhər sakini, 1964-cü il təvəllüdlü Əhmədov Əbülfəz Akif oğlunu vurub. Kəllə-beyn travması alan yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi