Salyanda yol qəzası baş verib, xəsarət alan var

Salyanda yol qəzası baş verib, xəsarət alan var Salyan. 13 iyul. REPORT.AZ/ Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Hadisə
13 İyul , 2018 23:39
Salyanda yol qəzası baş verib, xəsarət alan var

Salyan. 13 iyul. REPORT.AZ/ Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

“Report”un Aran bürosu xəbər verir ki, bu gün axşam saatlarında rayonun Aşağı Kürkənd kənd sakini, 1975-ci il təvəllüdlü Ələkbərov Zaur Faiq oğlunun idarə etdiyi "Muravey" markalı motoskletlə minik avtomobili toqquşub. 

Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan “Muravey”in sürücüsü Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi