Salyanda yol qəzası baş verib, ölən və yaralanan var - YENİLƏNİB

Salyanda yol qəzası baş verib, ölən və yaralanan var - YENİLƏNİB Salyan. 3 yanvar. REPORT.AZ/ alyan rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanşəxsin adları məlum olub.
Hadisə
3 Yanvar , 2019 19:28
Salyanda yol qəzası baş verib, ölən və yaralanan var - YENİLƏNİB

Salyan. 3 yanvar. REPORT.AZ/ alyan rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanşəxsin adları məlum olub.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə nəticəsində Salyan şəhər sakini, 1991-ci il təvəllüdlü Seyidabdulla Şahin oğlu Ağalarov və rayonun Xurşud kənd sakini, 1985-ci il təvəllüdlü Tural Tahir oğlu Tarverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılarkən S.Ağalarov yolda dünyasını dəyişib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə yerləşdirilib. Digər yaralı isə xəstəxananın Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


*** 18:01

Salyan. 3 yanvar. REPORT.AZ/ Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KamAZ” markalı yük maşınının minik avtomobili ilə toqquşub. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə yerinə baxış keçirilib. Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıb. Onlardan birinin yolda dünyasını dəyişdiyi bildirilir. 

Faktla bağlı araşdırmalara başlanılılb. 

Son xəbərlər

Orphus sistemi