Salyanda yol qəzası baş verib, ölən var

Salyanda yol qəzası baş verib, ölən var Salyan rayonunda yol qəzası baş verib.
Hadisə
871
29 Avqust , 2020 11:05
Salyanda yol qəzası baş verib, ölən var

Salyan rayonunda yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” və “VAZ-2106” markalı minik avtomobilləri toqquşub. Nəticədə “VAZ-2106”nın sürücüsü, rayonun Kürqaraqaşlı kənd sakini, 1952-ci il təvəllüdlü Zeynalov Sərdar Nadir oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi