Salyan. 15 avqust. REPORT.AZ/ Salyan rayonunda ağır yol qəzası baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə bir neçə dəqiqə bundan əvvəl Ələt-Astara magistral yolunu rayonun Noxudlu kəndinə gedən yolun yaxınlığında qeydə alınıb.
Belə ki, “VAZ-21015” markalı avtomobil “KAMaz” markalı yük maşını ilə toqquşub.
Qəza nəticəsində 2 nəfər ağılr yaralanıb. Onların soyadları bilinməsə də, birinin adının Yasər, digərinin isə Rəsul olduğu dəqiqləşdirilib.
Əlavə məlumat veriləcək.