Yuxarı
    Bağlamaq

    Salyanda yol qəzası baş verib, 4 nəfər xəsarət alıb - YENİLƏNİB

    Faktla bağlı araşdırma aparılır
    © Report

    Salyan. 10 noyabr. “REPORT.AZ/ Salyan rayonunda baş vermiş yol qəzasında xəsarət alanların sayı 4 nəfərdir.

    “Report”un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun şəhər ərazisindən keçən hissəsində, “Ay işığı” ticarət obyektinin qarşısında qeydə alınıb.

    Belə ki, Arbatan kənd sakini, 47 yaşlı Taleh Əsgərxan oğlu Bağırova məxsus “QAZ-21” markalı avtomobili idarə edən Şirməmməd Hüseynqulu oğlu Hüseynov hərəkətdə olarkən Salyan şəhər sakini, 24 yaşlı Əli İsmayıl oğlu Tarıverdiyevin idarə etdiyi “VAZ-2109” markalı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü və avtomobillərdə olan Salyan şəhər sakinləri, 20 yaşlı İlkin Əlişah oğlu Əsgərov, 26 yaşlı Vüsal Vüqar oğlu Mehdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicəyə göndərilib.

    Faktla bağlı araşdırma aparılır.


    *** 14:43

    Salyan. 10 noyabr. REPORT.AZ/ Salyanda 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. 

    “Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün günorta saatlarında Ələt-Astara magistral yolunun şəhərin ərazisindən keçən hissəsində “Ay işığı” ticarət obyektinin qarşısında qeydə alıınıb. 

    İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində 3 nəfər yaralanıb. Yaralılar Salyan Rayon  Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi