Səlyanda yol qəzası: 2 yaralı

Səlyanda yol qəzası: 2 yaralı Yaralılar Səlyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Hadisə
29 Avqust , 2015 23:10
Səlyanda yol qəzası: 2 yaralı

Bakı. 29 avqust. REPORT.AZ/ Ələt-Astara magistral yolunun 35-ci kilometrində bu axşam yol qəzası baş verib. 

"Report"un məlumatına görə, Səlyan rayonunun Kürsəngi kəndi ərazisində qeydə alınan hadisə zamanı Cəlilabad rayon sakini Fuad Əliyevin idarə etdiyi "BMV" markalı hərəkətdə olarkən idarəetməni itirərək aşıb.

Avtomobildə olan sərnişinlər: Cəlilabad sakinləri, 1982-ci il təvəllüdlü Yaqub İldırım oğlu Məmmədov və 1957-ciil təvəllüdlü Səadət Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Səlyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi