Salyanda yaşlı qadın qolunu kəsərək intihara cəhd edib

Salyanda yaşlı qadın qolunu kəsərək intihara cəhd edib Qadının həyatını xilas etmək mümkün olub
Hadisə
15 Aprel , 2017 08:41
Salyanda yaşlı qadın qolunu kəsərək intihara cəhd edib

Salyan. 15 aprel. REPORT.AZ/ Salyanda intihara cəhd hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, Salyan şəhəri, Əlövsət Quliyev küçəsi, 13A ünvanında yaşayan 57 yaşlı Təranə Əlövsət qızı Quliyeva hər iki qolunu kəsərək özünə qəsd etmək istəyib.

Qollarının kəsilmiş-deşilmiş yaraları ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan qadın ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi