Salyanda yaşlı kişinin küçədən tapdığı əşya əlində partlayıb

Salyanda yaşlı kişinin küçədən tapdığı əşya əlində partlayıb Salyanda bədbəxt hadisə baş verib.
Hadisə
1 Sentyabr , 2019 10:29
Salyanda yaşlı kişinin küçədən tapdığı əşya əlində partlayıb

Salyanda bədbəxt hadisə baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında Salyan şəhəri Qulu Əsgərov küçəsində qeydə alınıb.

Həmin ünvanda yaşayan 1939-cu il təvəllüdlü Abbasov Aləddin Qasım oğlu küçədən tapdığı əşyanı yoxlayarkən əlində partlayıb. Nəticədə o, sol əlindən ciddi xəsarət alıb.

Yaralı dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Zərərçəkən cərrahiyyə şöbəsinə qəbul edilərək əməliyyat olunub. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi