Salyanda yaşadığı evi tərk edən koronavirus xəstəsi aşkarlanıb

Salyanda yaşadığı evi tərk edən koronavirus xəstəsi aşkarlanıb Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları yaşadığı evi qanunsuz olaraq tərk edən və infeksiyanın yayılmasına şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.
Hadisə
110
2 Dekabr , 2021 20:28
Salyanda yaşadığı evi tərk edən koronavirus xəstəsi aşkarlanıb
0 : 00
0 : 00

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları yaşadığı evi qanunsuz olaraq tərk edən və infeksiyanın yayılmasına şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"un Muğan bürosuna verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan rayon sakini Ramil Əliyevə ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq o, yaşadığı ünvanı tərk edib.

Onun qanunazidd hərəkətinin qarşısı polis əməkdaşları tərəfindən alınıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılması təmin edilib.

Həmin şəxs barəsində RPŞ-də araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi