Salyanda yanğın zamanı 2 nəfər ölüb - YENİLƏNİB

Salyanda yanğın zamanı 2 nəfər ölüb - YENİLƏNİB Hadisə səhər saatlarında baş verib
Hadisə
26 Fevral , 2017 08:07
Salyanda yanğın zamanı 2 nəfər ölüb - YENİLƏNİB

Salyan. 26 fevral. REPORT.AZ/ Salyan rayonunda yanğın zamanı 2 nəfər tüstüdən boğularaq ölüb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Şəkərli kəndində qeydə alınıb.

Kənddə ümumi sahəsi 100 kv. m. olan 1 mərtəbəli fərdi yaşayış evi yanıb. Yanğın zamanı ev sahibləri, 74 yaşlı Əhmədalı Qayıbalı oğlu Əliyev və 83 yaşlı Zemfira İsa qızı Əliyeva tüstüdən boğulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi