Salyanda xəsarətlə nəticələnən yol qəzası oldu

Salyanda xəsarətlə nəticələnən yol qəzası oldu Salyanda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
5 Fevral , 2020 23:20
Salyanda xəsarətlə nəticələnən yol qəzası oldu

Salyanda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında yeni Ələt-Astara magistral yolunun rayonun Alçalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı Lerik rayon sakini, 1986-cı il təvəllüdlü Həşimov Anar İltifat oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi