Salyanda törədilən qətllə bağlı cinayət işi açılıb

Salyanda törədilən qətllə bağlı cinayət işi açılıb Noyabrın 23-ü saat 21 radələrində Salyan rayon sakini 1992-cu il təvəllüdlü Səbuhi Qasımovun xəsarət alması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 1991-ci il təvəllü
Hadisə
217
24 Noyabr , 2021 10:59
Salyanda törədilən qətllə bağlı cinayət işi açılıb

Salyan rayonunda törədilən qətllə bağlı cinayət işi başlanılıb.

Bu barədə "Report"a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, noyabrın 23-ü saat 21 radələrində Salyan rayon sakini, 1992-cu il təvəllüdlü Səbuhi Qasımovun xəsarət alması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin tanışı, 1991-ci il təvəllüdlü Tural Nəzirovun Kür çayının Salyan şəhərindən keçən hissəsi üzərində yerləşən körpünün yaxınlığında şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Səbuhi Qasımovun sol döş qəfəsi və baş nahiyəsinə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Tural Nəzirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi