Salyanda silsilə oğurluqlar edən şəxslər tutulub

Salyanda silsilə oğurluqlar edən şəxslər tutulub Faktla bağlı araşdırma aparılır
Hadisə
9 Yanvar , 2019 11:06
Salyanda silsilə oğurluqlar edən şəxslər tutulub

Salyan rayonunda silsilə oğurluqlar edən şəxslər tutulub.

Bu barədə "Report"un Aran bürosuna DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, Salyan rayon sakini Xanhüseyn Heybətov yanvarın 1-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək həyətindəki tövlədən 4 baş xırdabuynuzlu heyvanın oğurlandığını bildirib.

Salyan RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayonun Çuxanlı kənd sakinləri Böyükkişi Hacıyev və Elmar Şıxəliyev saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdiyi cinayət əməlini etiraf edib. Ətraflarında aparılan araşdırmalar zamanı onların digər oğurluq əməllərində də iştirakının olduğu məlum olub. Belə ki, onlar müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus 4 tövlədən 23 baş xırdabuynuzlu heyvanı və marketlərin birindən ümumi dəyəri 2000 manat olan ərzaq və tütün məmulatlarını oğurladıqları məlum olub.

Faktla bağlı Salyan RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi