Salyanda sərnişin mikroavtobusu 4 maşına çırpılıb, xəsarət alan var

Salyanda sərnişin mikroavtobusu 4 maşına çırpılıb, xəsarət alan var Salyan. 29 iyul. REPORT.AZ/ Salyan rayonunda mikroavtobus 4 maşına çırpılıb, xəsarət alan var.
Hadisə
29 İyul , 2018 12:50
Salyanda sərnişin mikroavtobusu 4 maşına çırpılıb, xəsarət alan var

Salyan. 29 iyul. REPORT.AZ/ Salyan rayonunda mikroavtobus 4 maşına çırpılıb, xəsarət alan var.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Calyan-Neftçala avtomobil yolunda rayonun Kürqaraqaşlı kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan mikroavtobus anidən idarəetməni itirib və nəticədə mikroavtobus “VAZ-2107”, “VAZ-21015”, iki “VAZ-21011” markalı avtomobillərə çırpılıb. Hadisə zamanı “VAZ-2107”nin sürücüsü yüngül xəsarət alıb. Qeyd edək ki, hadisə zamanı mikroavtobusda sərnişin olmayıb.

Faktla bağlı araşdırma aparılrır.

Son xəbərlər

Orphus sistemi