Salyanda restoran sahibi cərimələnib

Salyanda restoran sahibi cərimələnib Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində yerləşən "Asif" restoranında karantin rejimindən irəli gələn qaydaların pozularaq toy məclisinin təşkil olunduğu aşkarlanıb.
Hadisə
200
27 İyul , 2021 15:34
Salyanda restoran sahibi cərimələnib
0 : 00
0 : 00

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində yerləşən "Asif" restoranında karantin rejimindən irəli gələn qaydaların pozularaq toy məclisinin təşkil olunduğu aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Məlum olub ki, adı çəkilən restoranın sahibi A.Əhmədov təşkil edilən toy mərasimi ilə bağlı məlumatları “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirməyərək məclisin baş tutmasına şərait yaradıb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər tədbirlərlə rayonun Kərimbəyli kənd sakini İ.Məmmədovun təyin olunmuş qaydaları pozaraq evinin həyətində 90 nəfər qonağın iştirakı ilə toy məclisi keçirdiyi müəyyən olunub.

Aşkarlanan hər iki qayda pozuntusu ilə inzibati qaydada tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi