Salyanda qonşu qonşunu bıçaqlayıb

Salyanda qonşu qonşunu bıçaqlayıb Faktla bağlı araşdırma aparılır
Hadisə
18 Avqust , 2017 21:02
Salyanda qonşu qonşunu bıçaqlayıb

Salyan. 18 avqust. REPORT.AZ/ Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında, rayonun "Plastik" yaşayış massivi adlı əraizisndə qeydə alınıb.

Belə ki, həmin yaşayış massivinin sakini, 31 yaşlı Elvin Cuma oğlu Ovezberdiyev qonşusu tərəfindən sol döş qəfəsi nahiyyəsindən 2 bıçaq yarası alıb. Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi