Salyanda qoç 63 yaşlı qadını vuraraq xəsarət yetirib

Salyanda qoç 63 yaşlı qadını vuraraq xəsarət yetirib Salyan rayonunda qoç 63 yaşlı qadını vurub.
Hadisə
11 Noyabr , 2019 22:57
Salyanda qoç 63 yaşlı qadını vuraraq xəsarət yetirib

Salyan rayonunda qoç 63 yaşlı qadını vurub.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə Kürqaraqaşlı kəndində baş verib.

Kənd sakini, 1956-cı il təvəllüdlü Əsgərova Narxanım Adıböyük qızı axşam saatlarında fərdi yaşayış evinin həyətində saxladığı xırdabuynuzlu heyvanları tövləyə salarkən qoc ona hücum edib. Nəticədə 63 yaşlı qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb. N.Əsgərova Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Travmatologiya Şöbəsinə yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi