Salyanda ovçularda qanunsuz silahlar aşkarlandı

Salyanda ovçularda qanunsuz silahlar aşkarlandı Salyanda qanunsuz ov edənlər saxlanılıb
Hadisə
8 Yanvar , 2021 22:33
Salyanda ovçularda qanunsuz silahlar aşkarlandı

Salyan sakinlərindən qanunsuz ov silahı aşkar edilərək götürülüb.

“Report”un Aran bürosu xəbər verir ki, Salyan Rayon Polis Şöbəsinin Post Patrul Xidməti bölüyünün əməkdaşları rayonun Düzənlik kəndində xidmətdə olan zaman 2 nəfər kənd sakininin qanunsuz ov etdikləri şübhə doğurduğundan onlara yaxınlaşıblar. Hər iki şəxsin üzərlərində gəzdirdikləri ov silahları sənədsiz olduğundan onlar şöbəyə dəvət edilib. Məlum olub ki, onlar Düzənlik kənd sakinləri -1988-ci il təvəllüdlü Xəlilov Elvin Güloğlan oğlu və 1967-ci il təvəllüdlü Əliyev Arif Maarif oğludur. Həmin şəxslərdən iki ədəd qanunsuz ov silahı, 2 ədəd patron və 1 ədəd çöl ördəyi aşkar edilərək götürülüb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi