Salyanda qadın sirkə turşusu içərək intihara cəhd edib

Salyanda qadın sirkə turşusu içərək intihara cəhd edib Xəstənin vəziyyətinin orta-ağır olduğu bildirilir
Hadisə
16 Yanvar , 2017 08:43
Salyanda qadın sirkə turşusu içərək intihara cəhd edib

Salyan. 16 yanvar. REPORT.AZ/ Salyan rayonunda intihara cəhd hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Yenikənddə qeydə alınıb.

Kənd sakini, 34 yaşlı Sitarə Mahmud qızı Rzayeva sirkə turşusu içərək özünə qəsd etmək istəyib. Bundan xəbər tutan doğmaları onu dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra o, Reanimasiya şöbəsinə yerləşdirilib. Xəstənin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi