Salyanda polis əməliyyat keçirib, bir ailənin üç üzvü saxlanılıb

Salyanda polis əməliyyat keçirib, bir ailənin üç üzvü saxlanılıb Araşdırmalar davam etdirilir
Hadisə
13 Aprel , 2017 15:10
Salyanda polis əməliyyat keçirib, bir ailənin üç üzvü saxlanılıb

Bakı. 13 aprel. REPORT.AZ/ Salyan rayonunda bir ailənin üç üzvü saxlanılıb. 

“Report”un məlumatına görə, hadisə Xəlil Rza Ulutürk prospektində qeydə alınıb.

Belə ki, Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında şəhər ərazisində əməliyyat-axtarış tədbirləri keçiriblər.

İlkin məlumata görə, əməliyyat tədbirləri nəticəsində Avtovağzal ərazisində Rəşad Ramil oğlu Bağırov, onun atası və anası saxlanılıb. Onların yaşadığı evə baxış keçirilib.

Hadisənin səbəbi hələlik məlum deyil, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi