Salyanda pandemiya qaydalarını pozan məclis sahibi cərimələndi

Salyanda pandemiya qaydalarını pozan məclis sahibi cərimələndi Salyanda pandemiya qaydalarını pozan şəxslər saxlanılıb.
Hadisə
128
21 İyul , 2021 11:00
Salyanda pandemiya qaydalarını pozan məclis sahibi cərimələndi

Salyan rayonunda pandemiya qaydalarını pozan şəxslər saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində rayonun Qarabağlı kənd sakini Kamran Cavadovun fərdi yaşayış evinin həyətində mövcud qaydaları pozaraq 88 nəfərin iştirakı ilə məclis keçirdiyi müəyyən olunub.

Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi və məclisdə iştirak edən şəxslər barəsində qanunamüvafiq tədbir görülüb.

Son xəbərlər

Orphus sistemi