Salyanda orta yaşlı qadın sirkə turşusundan zəhərlənib

Salyanda orta yaşlı qadın sirkə turşusundan zəhərlənib Salyan. 18 avqust. REPORT.AZ/ Salyan rayonunda qadın sirkə turşusundan zəhərlənib.
Hadisə
18 Avqust , 2018 08:06
Salyanda orta yaşlı qadın sirkə turşusundan zəhərlənib

Salyan. 18 avqust. REPORT.AZ/ Salyan rayonunda qadın sirkə turşusundan zəhərlənib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Kürqaraqaşlı kəndində qeydə alınıb.

Kənd sakini, 1987-ci il təvəllüdlü Zeynalova Nuranə Nəbi qızı bilmədən turşu sirkəsini içərək zəhərlənib. Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan N.Zeynalova ilk tibbi yardım aldıqdan sonra ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi