Salyanda orta yaşlı piyadanı maşın vurub

Salyanda orta yaşlı piyadanı maşın vurub Salyan. 14 noyabr. REPORT.AZ/ Axşam saatlarında Salyan rayonunun Yenikənd kəndində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
14 Noyabr , 2018 21:19
Salyanda orta yaşlı piyadanı maşın vurub
"Report"

Salyan. 14 noyabr. REPORT.AZ/ Axşam saatlarında Salyan rayonunun Yenikənd kəndində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, 1979-cu il təvəllüdlü kənd sakini Əsədov Məqsəd Əlimeydan oğlu yolu keçmək istəyən zaman onu “QAZ-24” markalı avtombil vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan M.Əsədov Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Cəlilabadda avtomobil iki piyadanı vurub.

Son xəbərlər

Orphus sistemi