Salyanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulub - FOTO

Salyanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulub - FOTO Onlardan ümumilikdə 70 qramdan çox narkotik vasitə götürülüb
Hadisə
29 yanvar 2018 18:19
Salyanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulub - FOTO

Salyan. 29 yanvar. REPORT.AZ/ Salyan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirilib.

“Report”un Aran bürosu xəbər verir ki, əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan rayon sakinləri, Səmədov Elain Fərəc oğlunun üzərindən 5,382 qram narkotik vasitə olan tiryək, Hüseynov İqbal Sabir oğlundan 8,042 qram tiryək, Qədirov Kanan Əliyar oğlundan 48,28 qram qurudulmuş marixuana və Quliyev Nurlan Azad oğlundan da 9,15 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Salyan rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi