Yuxarı
    Bağlamaq

    Salyanda narkotik maddələr yandırılma üsulu ilə məhv edilib - FOTO

    Ümumilikdə 90 qramdan artıq narkotik maddə yandırılıb

    Salyan. 28 noyabr. REPORT.AZ/ Salyanda narkotik tərkibli maddələr yandırılma üsulu ilə məhv edilib.

    “Report”un Aran bürosu xəbər verir ki, narkotiklərin yandırılması prosesi hüquq-mühafizə orqanlarının və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə Salyan rayon Polis şöbəsində həyata keçirilib.

    Məhkəmənin hökmü ilə müsadirə edilmiş 30,49 qram narkotik tərkibli vasitə olan tiryək, 48,32 qram marixuana, 2,14 qram çətənə kolu, 8,55 qram həşiş qətranı zərərsizləşdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi