Salyanda naməlum kişi meyiti tapılıb - FOTO

Salyanda naməlum kişi meyiti tapılıb - FOTO Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan şöbəsinə aparılıb
Hadisə
11 Noyabr , 2016 15:26
Salyanda naməlum kişi meyiti tapılıb - FOTO

Salyan.11 noyabr.REPORT.AZ/ Ötən gün axşam saatlarında Ələt-Astara magistral yolunun 17-ci kilometrliyində Salyan rayonunun Kürsəngi kəndi ərazisindən keçən hissəsində yolun kənarında kişi meyiti tapılıb. 

“Report”un Aran bürosu xəbər verir ki, təqribən 30-35 yaşında olan kişinin meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan şöbəsinə aparılıb. Lakin indiyə kimi həmin meyitin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. 

Ölən şəxsin tanıyanlar Salyan Rayon Polis Şöbəsinə (telefon: 050 247 04 05) zəng vura bilərlər.

Son xəbərlər

Orphus sistemi