Salyanda minik maşını motosikletlə toqquşub, bir ailənin 3 üzvü xəsarət alıb

Salyanda minik maşını motosikletlə toqquşub, bir ailənin 3 üzvü xəsarət alıb Hadisə Salyan şəhərinin pambıq zavodu məhəlləsində qeydə alınıb
Hadisə
3 Noyabr , 2017 21:19
Salyanda minik maşını motosikletlə toqquşub, bir ailənin 3 üzvü xəsarət alıb

Salyan. 3 noyabr. REPORT.AZ/ Salyanda bir ailənin 3 üzvünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə Salyan şəhərinin pambıq zavodu məhəlləsində qeydə alınıb.

Rayonun Arbatan kənd sakini, 42 yaşlı Axundov Zaur Akif oğlu idarə etdiyi "Muravey” markalı motosikletlə hərəkətdə olarkən arxa hissəsindən minik avtomobili vurub. Nəticədə “Muravey”in sürücüsü və onun övladları - 16 yaşlı Asif Axundov və 10 yaşlı Zakir Axundov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi