Salyanda minik avtomobili "KaMAZ"a çırpılıb, xəsarət alan var

Salyanda minik avtomobili "KaMAZ"a çırpılıb, xəsarət alan var Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
29 Dekabr , 2019 22:45
Salyanda minik avtomobili KaMAZa çırpılıb, xəsarət alan var

Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında yeni Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Masallı rayon sakini, 1987-ci il təvəllüdlü Əzizov Vüsal Ədalət oğlu "VAZ-21015" markalı avtomobillə hərəkətdə olarkən idarə etdiyi nəqliyyat hadisəsi qarşıda gedən "KaMAZ" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Nəticədə minik avtomobili aşaraq yolun kənarına düşüb. Hadisə zamanı "VAZ-21015"-in sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi