Salyanda minik avtomobili dirəyə çırpılıb, sürücü xəsarət alıb

Salyanda minik avtomobili dirəyə çırpılıb, sürücü xəsarət alıb Salyanda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
667
11 Sentyabr , 2020 22:10
Salyanda minik avtomobili dirəyə çırpılıb, sürücü xəsarət alıb

Salyanda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Xalac kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1992-ci il təvəllüdlü Quliyev Həsrət Allahverdi oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobil hərəkətdə olarkən anidən idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı dirəyə çırpılıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi