Salyanda minik avtomobili aşıb, ölən var - YENİLƏNİB

Salyanda minik avtomobili aşıb, ölən var - YENİLƏNİB Salyan rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub.
Hadisə
26 Oktyabr , 2019 22:10
Salyanda minik avtomobili aşıb, ölən var - YENİLƏNİB

Salyan rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub. 

“Report”un Aran bürosu xəbər verir ki, magistral yolda hərəkətdə olan “VAZ-2107” markalı avtomobil anidən idarəetməni itirərək yolun kənarına aşıb. Nəticədə Biləsuvar rayon sakini, 1954-cü il təvəllüdlü Fətullayev Ağamusa Ramazan oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, yaralı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


*** 20:59

Salyanda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. hadisə zamanı 1 nəfərin ağır bədən xəsarətləri alaraq öldüyü bildirilir. 

Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Hələlik şəxsiyyəti məlum olmayan şəxsin meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə  yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi