Salyanda minik avtomobili aşıb, bir ailənin 3 üzvü xəsarət alıb - YENİLƏNİB

Salyanda minik avtomobili aşıb, bir ailənin 3 üzvü xəsarət alıb - YENİLƏNİB Salyan rayonunda başverən ağır yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
28 Oktyabr , 2019 13:11
Salyanda minik avtomobili aşıb, bir ailənin 3 üzvü xəsarət alıb - YENİLƏNİB

Salyan rayonunda başverən ağır yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

“Report”un Aran bürosu xəbər verir ki, “Mitsubishi” markalı avtomobilin aşması nəticəsində rayonun Şorsulu kənd sakinləri, 1966-cı il təvəllüdlü Cabbarova Nərminə Əhəd qızı, 1989-cu il təvəllüdlü Cabbarova Həyat Vərağa qızı və 2014-cü il təvəllüdlü Cabbarov İbrahim Elmir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


*** 11:49

Salyan rayonunda yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında Dayıkənd kəndi ərazisində qeydə alınıb. Qəza zamanı bir neçə nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir. Məlumata görə xəsarət alanların hamısı bir ailənin üzvləridir. Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Yaralılar “təcili yardım” avtomobili ilə xəstəxanaya çatdırılıblar. 

Son xəbərlər

Orphus sistemi